Qazaxıstan hökuməti istefa verib

14:24 - 5 Fevral 2024 - DÜNYA

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublika hökumətinin istefasını qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstan Respublikası Konstitusiyasının 70-ci maddəsinə uyğun olaraq qərara alıram: Qazaxıstan Respublikası hökumətinin istefası qəbul edilsin, Qazaxıstan Respublikasının Baş nazirinin vəzifələri müvəqqəti olaraq Roman Vasilyeviç Sklyarına həvalə edilsin” - məlumatda ​​deyilir.

Eyni zamanda, Nazirlər Kabinetinin üzvlərinə hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrinin icrasını davam etdirmək tapşırılıb.

Xəbər xətti