İran, Çin və Rusiya martın sonunadək birgə dəniz təlimləri keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin baş komandanı kontr-admiral Şəhram İrani məlumat verib.
“Biz digər ölkələri də martın sonuna qədər keçiriləcək İran, Çin və Rusiyanın hərbi dəniz təlimlərində iştirak etməyə dəvət edirik”, - admiral qeyd edib.
Kontr-admiralın sözlərinə görə, bu təlimlər regionda təhlükəsizliyin təmin edilməsinin ümumi maraqları çərçivəsində keçirilir.