Polşa Rusiya ilə müharibəni istisna etmir

12:50 - 5 Fevral 2024 - DÜNYA

Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış Rusiya Federasiyası ilə Polşa arasında hərbi əməliyyatların genişlənməsinin mümkün olacağı ssenarini istisna etməyib.

Ucnoqta.az xəbər verir ki, nazir bunu “Super Express” qəzetinə müsahibəsində bildirib.

"Mən hər bir ssenarini güman edirəm, ən pis ssenariləri ən ciddi qəbul edirəm, çünki təəssüf ki, bu, müdafiə nazirinin roludur" - Kosiniak-Kamış deyib.

Onun sözlərinə görə, Polşa ordusu “transformasiya”dan keçməlidir. O, Polşa əsgərlərinin silah sistemində və texnikasında dəyişikliklərin vacibliyinə diqqət çəkib.

Xəbər xətti