Hindistanın Rusiyadakı səfirliyinin əməkdaşı casusluq etdiyi üçün saxlanılıb

11:59 - 5 Fevral 2024 - DÜNYA

Hindistanın Moskvadakı səfirliyinin əməkdaşı Satendra Sival Pakistanın xeyrinə casusluq etməkdə şübhəli bilinərək Uttar Pradeş polisinin terrorla mübarizə şöbəsi tərəfindən saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. Məlumata görə, həbs fevralın 4-də Meerutda həyata keçirilib.

Bildirilir ki, Sival 2021-ci ildən Hindistanın Moskvadakı səfirliyində təhlükəsizlik üzrə köməkçi vəzifəsində çalışır. Onun Hindistan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı respublikanın daxili və xarici təhlükəsizliyinə təhdid yaradan məxfi məlumatları Pakistan Xidmətlərarası Kəşfiyyat İdarəsinin (ISI) idarəçilərinə ötürdüyü güman edilir.

Saxlanılan şəxs polis bölməsində sorğu-sual zamanı casus olduğunu etiraf edib. Onun barəsində cinayət işi açılıb. 

Xəbər xətti