İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Yaxın Şərq dövlətləri ərazisində hərbi əməliyyatlar aparan ABŞ və Böyük Britaniyanı “regionun qəzəbinə tuş gəlməməyə” çağırıb.
Ucnoqta.az xəbər verir ki, nazir bu barədə X səhifəsində yazıb.
"ABŞ və Böyük Britaniyanın Yəmənə hərbi hücumlarını, eləcə də ABŞ-ın İraq və Suriyadakı təcavüzünü qətiyyətlə pisləyirik. Bölgənin qəzəbinə düçar olmayın".
Abdullahian əlavə edib ki, ölkəsi İraq, Suriya, Yəmən və Fələstinin təhlükəsizliyini bütün regionun təhlükəsizliyi hesab edir.