Seul və Ər-Riyad hərbi-sənaye kompleksi və silahların birgə inkişafı sahəsində anlaşma memorandumu imzalayıblar.
Ucnoqta.az xəbər verir ki, bunu Koreya Respublikasının Milli Müdafiə Nazirliyində keçirilən brifinqdə Müdafiə Alma Proqramı Administrasiyasının (DAPA) rəsmi nümayəndəsi Çoi Kyunq-ho deyib.
“Hazırkı anlaşma memorandumu müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır və bununla bağlı birgə komitə yaradılıb”, - Çoi Kyunq-ho bildirib.
Qeyd edilir ki, memorandum silahların birgə inkişafının əsasını qoymalıdır. Sənəd fevralın 4-də Ər-Riyadda Cənubi Koreyanın Müdafiə Departamentinin rəhbəri Şin Von-un səfəri zamanı Müdafiə Alma Proqramları İdarəsinin rəisi Om Donq-hvan və Səudiyyə Ərəbistanının müdafiə nazirinin köməkçisi tərəfindən imzalanıb.