Pakistanda naməlum şəxslər polis bölməsinə hücum edib, 10 nəfər ölüb

08:36 - 5 Fevral 2024 - DÜNYA

Pakistanın Hayber-Paxtunxva əyalətinin Dera İsmayıl Xan şəhərində naməlum silahlı şəxslər polis bölməsinə hücum edərək on polis əməkdaşını öldürüb, daha altı nəfəri yaralayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Polisin məlumatına görə, naməlum şəxslər gecə saatlarında “ağır silahlardan” istifadə etməklə əraziyə hücum ediblər. Telekanalın qeyd etdiyi kimi, polis əməkdaşları da cavab tədbirləri görüblər, lakin hücum edənlər qaçıblar.
“Terrorçular hər tərəfdən qumbaraatanlardan istifadə edərək və güclü atəş açaraq polis idarəsinə hücum ediblər”, - məlumatda deyilir.
Xəsarət alan polis əməkdaşlarının xəstəxanaya yerləşdirildiyi qeyd edilir.

Xəbər xətti