"DÇ-2026"nın finalı bu şəhərdə keçiriləcək

01:14 - 5 Fevral 2024 - İDMAN

2026-cı il futbol üzrə dünya çempionatının final oyunu ABŞ-ın Nyu Cersi ştatındakı MetLife Stadiumunda keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Oyun iyulun 19-da baş tutacaq. Stadion 82.500 tamaşaçı tutumuna malikdir. Üçüncü yer uğrunda görüş Mayamidə, 64 767 tamaşaçı tutumuna malik Hard Rock Stadiumunda keçiriləcək.

Turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Dünya çempionatının açılış oyunu iyunun 11-də Mexikodakı “Azteca” stadionunda keçiriləcək.

Xəbər xətti