Türkiyə ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Misirə pilotsuz uçuş aparatları verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan A-haber telekanalına müsahibəsində bildirib.
“Bizim ikitərəfli əlaqələrimiz aşağıdakı səbəblərə görə vacibdir: regional təhlükəsizlik baxımından vacibdir, ticarət baxımından son dərəcə vacibdir: “Münasibətlərin normallaşdırılması Misirin müəyyən texnologiya dəstək ala bilməsi üçün vacibdir. Həmçinin Türkiyənin pilotsuz təyyarələr və digər texnologiyaları təmin etməsi ilə bağlı razılaşmamız var. Afrikadakı əməkdaşlığımız da, xüsusilə Liviyada vacibdir."