Fransanın Paris Saint-Germain klubu hücumçusu Kilian Mbappenin "Real Madrid"ə keçəcəyi təqdirdə ona əvəzləyici tapıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Parislilər liderləri gedərsə, "Milan"dan 24 yaşlı portuqaliyalı Rafael Leonu ala bilər. Futbolçunun təzminatı təxminən 175 milyon avrodur.
Leau 2019-cu ildən "Milan"da çıxış edir. Bu mövsüm portuqaliyalı A Seriyasında 20 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.