Almaniya ABŞ-dan müstəqil yeni hərbi ittifaq yaratmağı təklif edir
Ucnoqta.az “Bild”ə istinadən xəbər verir ki, Almaniyanın əsas iqtisadi mərkəzlərindən biri olan Hessen federal əyalətinin rəhbəri Boris Reyn Avropaya ABŞ-ın iştirakı olmadan öz hərbi ittifaqını yaratmağı təklif edib.
O qeyd edib ki, nüvə arsenalından Rusiyanı çəkindirmək və “qorxmaq” üçün istifadə etmək olar.
“Buna görə də biz güclü Avropa təhlükəsizlik ittifaqı istəyirik – ümumi müdafiə, Avropa nüvə çətiri, təhlükəsiz sərhədlər və kritik infrastrukturumuzun mühafizəsi”, – Reyn vurğulayıb.