ABŞ-ın Bağdaddakı müvəqqəti işlər vəkili İraq Xarici İşlər Nazirliyinə çağrılıb
Ucnoqta.az xəbər verir ki, bu barədə İraqın İNA agentliyinin yaydığı departamentin bəyanatında deyilir. Bildirilir ki, diplomat respublika ərazisinə endirilən zərbələrlə bağlı etiraz notası təqdim etmək üçün çağrılıb.
“ABŞ-ın hərbi və mülki hədəflərə qarşı təcavüzünə etiraz əlaməti olaraq Xarici İşlər Nazirliyi ABŞ-ın müvəqqəti işlər vəkilini çağıraraq, ABŞ-ın hərbi qüvvələrinə ziyan vuran hücumları ilə əlaqədar ona rəsmi etiraz notası təqdim edəcək” - X sosial şəbəkəsində məlumatda deyilir.