Afinanın mərkəzində bomba partlayıb

11:10 - 3 Fevral 2024 - DÜNYA

Afinanın mərkəzində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığında gecə saatlarında əldəqayırma partlayıcı işə düşüb. Xəsarət alan olmayıb, binaya ziyan dəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kathimerini qəzeti polisə istinadən məlumat yayıb.

Məlumata görə, partlayışdan əvvəl Efimerida ton Syntakton qəzetinə naməlum şəxs zəng edib. Zəng edən şəxs nazirliyin binasının yaxınlığında partlayıcı qurğunun qoyulduğu və 40 dəqiqədən sonra işə düşəcəyi barədə xəbərdarlıq edib. Məsuliyyəti anarxist qrup, İnqilabçı Sinfi Özünümüdafiə öz üzərinə götürüb.

Dərhal hadisə yerinə bomba zərərsizləşdirilməsi qrupu gəlib, polis ətrafı mühasirəyə alıb. Bomba yerli vaxtla 01:29-da partlayıb.

Yunanıstanın Terrorla Mübarizə Xidməti araşdırmaya başlayıb.

Xəbər xətti