Amerikanın Oklahoma Siti şəhərindən 70 km aralıda 5,5 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Ocaq 6 km dərinlikdə yerləşir.
Yeraltı təkanların fəsadları barədə hələlik məlumat daxil olmayıb.