Ermənistan orduda NATO standartlarına uyğun hərbi geyimlərə keçir

09:48 - 3 Fevral 2024 - DÜNYA

Ermənistan NATO standartlarına uyğun hərbi geyimlər tətbiq etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan İctimai Televiziyaya müsahibəsində deyib.

Şimali Atlantika Alyansının standartlarına uyğun forma hazırlamaq üçün müsabiqə hələ 2022-ci ildə başlayıb. Papikyanın sözlərinə görə, müəyyən dərəcədə qaliblər artıq seçilib və beynəlxalq tərəfdaşlar bəzi yerlərdə respublikaya kömək etməkdə davam edirlər.

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri dəqiqləşdirib ki, hərbi geyim formasının son növü 2024-cü ilə qədər hazır olacaq, söhbət yalnız səhra formalarından gedir.

Xəbər xətti