Rusiya heç bir NATO ölkəsinə hücum etmək fikrində deyil - Medvedev

20:54 - 2 Fevral 2024 - DÜNYA

Rusiya NATO ölkələrinin heç birinə hücum etmək fikrində deyil və Qərbdəki bütün ağıllı insanlar bunu başa düşürlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "VKontakte" səhifəsində bildirib.

NATO-nun Soyuq Müharibədən sonra ən genişmiqyaslı olan “Steadfast Defender 2024” təliminin başlanmasını şərh edərkən, o qeyd edib ki, bu, atəşlə çox təhlükəli oyundur.

"Biz bu blokun heç bir ölkəsinə hücum etmək fikrində deyilik. Qərbdə bütün ağıllı insanlar bunu başa düşürlər. Amma onlar çox sərt oynayıb ölkəmizin bütövlüyünə qəsd etsələr, dərhal adekvat cavab alacaqlar", - Medvedev yazıb.

Onun sözlərinə görə, "bu, yalnız bir şey demək olacaq - NATO artıq ondan üz döndərməyəcəyi böyük müharibə".

Xəbər xətti