Paşinyan Qazaxıstandadır

12:54 - 2 Fevral 2024 - DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Respublikasına işgüzar səfərə gedib.
 
Ucnoqta.az xəbər verir ki, Baş naziri Almatı Beynəlxalq Hava Limanında Qazaxıstan Baş nazirinin müavini Serik Jumanqarin qarşılayıb.
 
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclas yerində Qazaxıstanın baş naziri Əlixan Smailov qarşılayıb.
 
Xatırladaq ki, Ermənistanın baş naziri bu gün Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasına sədrlik edəcək.

Xəbər xətti