Ukraynada qadın hərbçilər üçün geyimlərin buraxılmasına başlayıb

12:13 - 2 Fevral 2024 - DÜNYA

Ukrayna Silahlı Qüvvələrində qadınların hərbi geyimlərinin buraxılmasına başlayıb

Ucnoqta.az xəbər verir ki, hərbi qulluqçuların səhra şəraitində və daimi dislokasiya məntəqələrində tapşırıqları yerinə yetirərkən özlərini rahat hiss etmələri üçün qadınların antropometrik göstəriciləri nəzərə alınmaqla yeni geyim formalarında dəyişikliklər edilib.

Hazırda 2024-cü ildə 65 min dəst qadın yay çöl kostyumunun və 100 min dəst alt paltarının alınması üçün müraciət artıq formalaşıb.

Artıq Ukrayna ordusuna 50 min dəst yay formasının çatdırılmasına başlanılıb.

Xəbər xətti