İran lideri ABŞ-la birbaşa hərbi münaqişədən çəkinməyi əmr edib

11:27 - 2 Fevral 2024 - DÜNYA

İranın ali dini lideri Əli Xamneyi ABŞ-la birbaşa hərbi münaqişədən çəkinməyi əmr edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Xamenei bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasının nəticələrinə yekun vurarkən bildirib. O, görüş zamanı ABŞ-ın İrana və ya onun tərəfdarlarına zərbə endirəcəyi təqdirdə Tehranın görməli olacağı tədbirlərə toxunub.

NYT-nin məlumatına görə, Xamneyi Birləşmiş Ştatlarla birbaşa müharibədən yayınmağı əmr edib, lakin eyni zamanda mümkün cavab zərbəsinə hazırlıq barədə göstəriş verib.

Nəşrin mənbələrinin məlumatına görə, İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, İraqla sərhəddə ballistik raketlər yerləşdirilib. Bundan əlavə, hava hücumundan müdafiə sistemləri işə salınıb.

Xəbər xətti