Avstraliya qoşunları fevralın 2-dən 8-dək Yaponiyanın özünümüdafiə qüvvələri və ABŞ Silahlı Qüvvələrinin "Keen Edge - 24" komanda-qərargah təliminə qoşulacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Avstraliya hərbçiləri tarixdə ilk dəfə olaraq əvvəllər keçirilmiş ikitərəfli təlimlərdə iştirak edir və bu, ölkələrin regionda təhlükəsizlik təhdidlərinə cavab verməyə hazırlığını gücləndirməyə kömək edəcək.
Avstraliya kontingentinin komandiri general-leytenant Qreq Bilton deyib ki, manevrlər üç ölkə arasında müdafiənin bütün aspektlərində əməkdaşlığı gücləndirəcək və Avstraliya, ABŞ və Yaponiyanın regional təhlükəsizliyə sadiqliyini daha da nümayiş etdirəcək.