Bu ilin əvvəlinə Rusiya Federasiyasında seçicilərin ümumi sayı 112,3 milyon nəfər olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının teleqram kanalında dərc olunmuş məlumatda deyilir.
Bildirilir ki, 2024-cü il yanvarın 1-nə Rusiyada seçicilərin sayı: 112 309 947, Rusiyadan kənarda - 1 890 863, Baykonur şəhərində - 11 924 nəfərdir.
Əvvəllər bildirilmişdi ki, Rusiya Federasiyasında 2023-cü il iyulun əvvəlinə seçicilərin ümumi sayı 107 milyon 915 min 325 nəfər olub. Beləliklə, 2023-cü il iyulun 1-nə olan məlumatlarla müqayisədə Rusiyada seçicilərin sayı 4 milyon 394 min 622 nəfər artıb.