İran yüksək zənginləşdirilmiş uranın istehsal sürətini azaldıb - Qrossi

10:29 - 2 Fevral 2024 - DÜNYA

İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yaradılması tempini əhəmiyyətli dərəcədə azaldıb.

Ucnoqta.az xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi bu barədə “The New York Times” qəzetinə müsahibəsində bildirib.

Qrossinin dediyinə görə, yüksək zənginləşdirilmiş uran istehsalının artımı çox güman ki, azalıb. Bununla belə, AEBA-nın baş direktorunun sözlərinə görə, İran zənginləşdirilmiş uranın yığılmasını 60%-ə çatdırmaqda davam edir ki, bu da gələcək zənginləşdirmə ilə nüvə silahı yaratmaq üçün istifadə oluna bilər.

"Müəyyən yavaşlama var. Onlar ehtiyatları hələ də artırırlar, lakin daha yavaş templə", - baş direktor deyib.

Xəbər xətti