Yevlax rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.
Ucnoqta.az xəbər verir ki, dünən saat 17 radələrində rayon sakini Yavər Həsənovun sürdüyü avtomobil Bakı-Qazax magistralında hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq səkiyə və oradakı ağaca çırpılıb.
Qəza zamanı sürücünün 5 yaşlı oğlu Məna Həsənov ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.
Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.