ABŞ məhkəməsi WikiLeaks-in məlumatçısına 40 il həbs verdi

08:45 - 2 Fevral 2024 - DÜNYA

Keçmiş MKİ proqramçısı və WikiLeaks-in ifşaçısı Joşua Şulte casusluq, uşaq pornoqrafiyası saxlamaq və məhkəməyə hörmətsizlik də daxil olmaqla bir sıra cinayətlərə görə ABŞ-da 40 il həbs cəzasına məhkum edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Bildirilir ki, digər məsələlərlə yanaşı, Şulte oğurlanmış MKİ fayllarını 2017-ci ilin martında dərc etməyə başlayan WikiLeaks portalına köçürüb.

Bundan əvvəl Şulte tərəfindən sızdırılan məlumatlar tarixdə məxfi məlumatların ən böyük sızması adlanırdı.

Xəbər xətti