Bişkekdə ölkənin ən güclü elektrik enerjisi istehsal edən obyektlərindən biri olan İES-də qəza baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a ölkənin Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu fakt əhalinin elektrik enerjisi ilə təminatına təsir göstərməyəcək. İlkin məlumata görə, qəza nəticəsində stansiyanın qazanlarından biri sıradan çıxıb.
"Avadanlığın qismən nasazlığının nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür", - Energetika Nazirliyi qeyd edib.
İstilik elektrik stansiyasında baş verən qəza zamanı 3 işçi xəsarət alıb.