“Əl Nəsr” “İnter Mayami”ni darmadağın etdi

00:19 - 2 Fevral 2024 - İDMAN

Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubu yoldaşlıq görüşündə Amerikanın “İnter Mayami” klubunu 6:0 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, görüş Ər-Riyadda baş tutub.

Qolları Otavio (3-cü dəqiqə), Taliska (10, 51, 73), Aymerik Laport (12) və Məhəmməd Maran (68) vurub. Matçın 84-cü dəqiqəsində "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi meydana daxil olub.

Əvvəlcə o, oyun üçün heyətə salınmasa da, başlamasına bir neçə dəqiqə qalmış argentinalı əvəzedicilər siyahısına əlavə edildi.

Mətbuatda yayılan məlumata görə, futbolçu son yoldaşlıq oyunundan sonra bud nahiyəsində diskomfort hiss edir.

Xəbər xətti