Türkiyə xüsusi xidmət orqanları Ankarada Rusiya Federasiyasında qadağan olunmuş İslam Dövləti (İD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 15 əcnəbini saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.
“Ankara Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində “İslam Dövləti”nin fəaliyyətində iştirakı müəyyən edilən 15 əcnəbi vətəndaş saxlanılıb”, - nazir X-də yazıb.
O, nəzarətə alınanların vətəndaşlıqlarını açıqlamayıb.
Əməliyyat yanvarın 28-də İstanbul katolik kilsəsində iki İŞİD tərəfdarının atəş açaraq Türkiyə vətəndaşını öldürdüyü fövqəladə vəziyyət fonunda həyata keçirilib.