“Zirə”nin penaltisini verməyən hakimə ağır cəza

16:01 - 1 Fevral 2024 - İDMAN

AFFA Hakimlər Komitəsi referi Fərid Hacıyevi beş oyunluq cəzalandırıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə komitə sədri Barış Şimşək qərar verib. 

O, F.Hacıyevi Azərbaycan Premyer Liqasının 19-cu turunda baş tutan “Səbail” - “Zirə” matçının 79-cu dəqiqəsində qonaqların penaltisini vermədiyinə görə cəzalandırıb. 

Qeyd edək ki, Fərid Hacıyev həmin qarşılaşmada VAR-a çağırılsa da, penalti epizodunda fərqli qərar qəbul etmişdi. 

Xəbər xətti