Ukraynanın prezidenti Volodimir Zelenski Avropa İttifaqının Kiyevə 50 milyard avro məbləğində əlavə yardım paketi ayırmağa razılıq verməsini alqışlayıb.
Ucnoqta.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki səhifəsində bu barədə yazıb.
O, qərarın Avropa İttifaqının bütün 27 ölkəsi tərəfindən qəbul edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, Avropanın güclü birliyini sübut edir.
“Aİ-nin Ukraynaya davamlı maliyyə dəstəyi bizim uzunmüddətli iqtisadi və maliyyə sabitliyimizi gücləndirəcək, bu, Rusiyaya hərbi yardım və sanksiya təzyiqindən az əhəmiyyət kəsb etmir”, - deyə Zelenski yazıb.