Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze yeni hökumətin formalaşması zamanı vəzifəsini tərk etmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin baş nazirliyinə namizəd İrakli Kobaxidze məlumat verib.
O, həmçinin bildirib ki, Nazirlər Kabinetinin qalan tərkibi baş nazir kimi təsdiqlənərsə, eyni qalacaq.