Almaniyada 1100 aviareys ləğv ediləcək - tətil ...

14:04 - 1 Fevral 2024 - DÜNYA

Almaniyada 11 hava limanında işçilərin tətilləri səbəbindən 1100 aviareys ləğv ediləcək

Ucnoqta.az xəbər verir ki, "Spiegel"in yazdığına görə, xüsusilə Hamburq, Ştutqart, Köln, Düsseldorf, Drezden və Frankfurtda 25 minə yaxın etirazçı maaşların artırılması və iş vaxtından artıq işə görə əlavə ödənişlər tələb edir. Bir günlük tətildən ən az 200 min sərnişin zərər çəkəcək.

Lufthansa artıq planlaşdırılan uçuşların əksəriyyətinin prioritet olacağını bildirib və həmçinin sərnişinləri fevralın 8-dən əvvəl başqa bir tarixə bilet dəyişdirməyə dəvət edib. Ölkədaxili uçanlara da uçuşun mövcudluğundan asılı olmayaraq sənədlərini qatar biletlərinə pulsuz dəyişmək təklif olunub.

Xəbər xətti