"Hizbullah" Qəzza zolağında atəşkəs elan olunmayana qədər Livan və İsrail sərhədində atəşkəsə razı olmayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) Livandakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Hizbullah ABŞ-ın öz qüvvələrini sərhəddən bir neçə kilometr uzaqlaşdırmaq təklifindən imtina edib.
BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sözçüsü Andrea Tenenti AP-ni əmin edib ki, heç bir tərəf silahlı toqquşma istəmir.
Agentliyin fikrincə, İsrail və Hizbullah arasında genişmiqyaslı silahlı toqquşma riski İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin qaçılmaz nəticəsi ola bilər. "Hizbullah" lideri Həsən Nəsrullah daha əvvəl xəbərdarlıq etmişdi ki, İsrail təşkilata qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlasa, onun döyüşçüləri heç bir məhdudiyyət olmadan döyüşəcəklər.