Aİ-nin bütün 27 ölkəsi Ukraynadan istədiyini verməyə hazır olmalıdır.
Ucnoqta.az Reuters-ə istinadən xəbər verir ki, bu fikirləri Almaniya kansleri Olaf Şolz deyib.
Şolzun sözlərinə görə, o, Avropa İttifaqının yaxın bir neçə il ərzində Ukraynaya 50 milyard avro yardım ayırması planının qarşısını necə açacağını bilir.
“Biz, Avropa Parlamentindəki ən böyük siyasi qrupların liderləri, yekdilliklə Aİ liderlərini Ukraynanın üzləşdiyi problemlərin həlli üçün lazımi qərarlar qəbul etməyə, verdiyi vədləri yerinə yetirməyə, Ukraynaya effektiv və davamlı dəstək verməyə çağırırıq”, - Avropa İttifaqı siyasətçilərin bəyanatında deyilir.
Qeyd olunur ki, Ukraynaya yardımın bütün həcminin, o cümlədən həm iqtisadiyyatın bərpasına yardım, həm də hərbi yardımın ayrılması bir dəfə təsdiq edilməlidir.