İstanbul kilsəsində silahlı insidentlə bağlı saxlanılanların sayı 60-a yüksəlib, onlardan 26-sı deportasiya edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Habertürk telekanalı məlumat yayıb. Məlumata görə, 34-ü barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəmənin hazırlıq iclasına çıxarılıb
Bundan əvvəl Türkiyənin Daxili İşlər Nazirliyi 2-si Rusiya Federasiyası və Tacikistan vətəndaşı olmaqla, 51 saxlanılan şəxs barədə məlumat verib. Bu səhər məhkəməyə gətirilənlər arasında hücumun bilavasitə icraçısı sayılan bu iki şübhəli də var.
Şübhəlilər silahlarından qurtularaq saqqallarını qırxaraq görünüşlərini dəyişməyə çalışıblar.