Yaponiyada Osaka və Hyoqo prefekturaları sərhədindəki hava limanında All Nippon Airways-ə məxsus iki təyyarə toqquşub
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.
Məlumata görə, insident yerli vaxtla saat 10:10-da Kansay Beynəlxalq Hava Limanının daxili reyslərə xidmət göstərən hissəsində baş verib. Toqquşmanın səbəbi barədə məlumat verilmir.