Yaponiyanın aparıcı avtomobil konserni "Toyota Motor" podratçısı Toyota Industries Corporation tərəfindən dizel mühərrikinin gücü ilə bağlı məlumatların saxtalaşdırılması səbəbindən Yaponiyada yerləşən dörd fabrikdə altı istehsal xəttinin dayandırılmasını fevralın 5-dək uzatmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl NHK telekanalı istehsalın dayandırılmasının fevralın 1-dək davam edəcəyini bildirmişdi.
Yanvarın 29-da "Toyota Motor" sertifikatlaşdırmasında pozuntu aşkar edən mühərrikləri olan 10 modelin tədarükünü dayandıracağını bildirdi. Onların arasında Land Cruiser 300 SUV və Hilux pikap kimi məşhur avtomobillər var.