Pensiyalar nə vaxt ödəniləcək?

11:30 - 13 Aprel 2026 - Cəmiyyət

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.

Ucnoqta.az xəbər verir ki,  pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək.

Daha sonra isə qrafikə uyğun olaraq respublikanın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Qeyd edək ki, Naxçıvanda aprel ayının pensiya ödənişi başa çatdırılıb.

Xəbər xətti