Ucnoqta.az
www.ucnoqta.az

"Toyota" 4 fabrikdə istehsalın dayandırılmasını uzadıb

10:40 - 1 Fevral 2024 tarixində dərc olunub.

Yaponiyanın aparıcı avtomobil konserni "Toyota Motor" podratçısı Toyota Industries Corporation tərəfindən dizel mühərrikinin gücü ilə bağlı məlumatların saxtalaşdırılması səbəbindən Yaponiyada yerləşən dörd fabrikdə altı istehsal xəttinin dayandırılmasını fevralın 5-dək uzatmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi mənbələrə istinadən məlumat yayıb.

Daha əvvəl NHK telekanalı istehsalın dayandırılmasının fevralın 1-dək davam edəcəyini bildirmişdi.

Yanvarın 29-da "Toyota Motor" sertifikatlaşdırmasında pozuntu aşkar edən mühərrikləri olan 10 modelin tədarükünü dayandıracağını bildirdi. Onların arasında Land Cruiser 300 SUV və Hilux pikap kimi məşhur avtomobillər var.

Müəllif: Ucnoqta.az redaksiyası