Estoniya Rusiya ilə sərhəddə bu keçid məntəqəsini bağladı

10:20 - 1 Fevral 2024 - DÜNYA

Rusiya-Estoniya sərhədindəki Narva sərhəd-keçid məntəqəsi cümə axşamından etibarən nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb

Ucnoqta.az xəbər verir ki, bu barədə BNS agentliyi məlumat yayıb. Bildirilir ki, lakin sərhədi piyada keçmək mümkün olaraq qalır.

Qeyd olunur ki, Estoniya Rusiyanın İvanqorod beynəlxalq avtomobil keçid məntəqəsinin yenidən qurulması işlərinə başlamaq qərarı ilə əlaqədar nəqliyyat vasitələri üçün sərhəd keçidini bağlayıb. Narva-İvanqorod sərhəd keçidinin 2025-ci ilin sonuna qədər nəqliyyat vasitələri üçün bağlı qalacağı gözlənilir.

Xəbər xətti