Ermənistanın KTMT-dən çıxması məsələsi bu gün qaldırılmır - Rusiya XİN

09:05 - 1 Fevral 2024 - DÜNYA

Bu gün Ermənistanın KTMT-dən çıxması məsələsi qaldırılmır

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin KTMT məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev RİA Novosti-yə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, hazırda KTMT-nin diqqəti blokun bütün ölkələrinin iştirak etdiyi Kollektiv Təhlükəsizlik Şurasının ötən ilin noyabrında keçirilmiş qərarlarının icrasına yönəlib.

“KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistan tərəfinin iştirak etmədiyi yuxarıda qeyd olunan sessiyası zamanı qəbul edilmiş sənədlər hazırda İrəvanda nəzərdən keçirilir”, - Vasilyev bildirib.

O qeyd edib ki, Ermənistan tərəfinin bəzi sənədlərlə bağlı razılığı var və onlardan Ermənistanın KTMT-dən çıxmayacağı qənaətinə gəlmək olar. Diplomat əlavə edib ki, blokun tədbirlərində iştirakla bağlı qərarı İrəvan özü verir.

Xəbər xətti