Amerikanın hərbi gəmisi Yəmən husiləri tərəfindən atılan üç pilotsuz uçan aparatı və ballistik raketi vurub
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"İranın dəstəklədiyi husi yaraqlıları Yəmənin husilərin nəzarətindəki bölgələrindən Ədən körfəzinə doğru bir gəmi əleyhinə ballistik raket atıblar. Raket ABŞ Hərbi Dəniz Qüvvələrinin "Carney" esminesi tərəfindən uğurla vurulub", - CENTCOM-un açıqlamasında deyilir.
Qeyd olunur ki, bir saatdan az bir müddət sonra esmines yaxınlıqda üç İran pilotsuz təyyarəsini vurub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.