İordaniyada ABŞ bazasına İraq İslam Müqaviməti şəbəkəsi zərbə endirib - Ağ Ev

00:03 - 1 Fevral 2024 - DÜNYA

ABŞ kəşfiyyatı İordaniyada ABŞ hərbçilərinə qarşı son hücumun İraq İslam Müqaviməti şəbəkəsi tərəfindən həyata keçirildiyi qənaətinə gəlib.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz İordaniyadakı hücumun Kətaib Hizbullah da daxil olmaqla bir sıra qrupların daxil olduğu İraq İslami Müqaviməti adlı çətir qrupu tərəfindən planlaşdırıldığına, qaynaqlandığına və həyata keçirildiyinə inanırıq” - Kirbi deyib.

Xəbər xətti