Portuqaliyalı məşqçi Joze Mourinyonun yaxınları onun “Mançester Yunayted”ə rəhbərlik etməyə hazır olduğunu bildiriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
"Onun ambisiyası "Mançester Yunayted"ə qayıtmaqdır. Keçən dəfə hər şey bitdikdən sonra yarımçıq işinin olduğunu hiss edir. Və o, geri qayıtmağı qarşısına məqsəd qoymuşdu”, - nəşr məşqçinin dostlarından birinə istinadən yazıb.
Yanvarın 16-da İtaliya "Roma"sı Mourinyonun baş məşqçi postunu tərk etdiyini açıqlamışdı. O, 2021-ci ilin may ayından bu klubda çalışır.