ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

19:59 - 31 Yanvar 2024 - DÜNYA

ABŞ sanksiyalardan yayınan və maliyyə axtaran ölkələrin aşkar edilmiş sxemlərinə görə İran, Myanma və Sudana qarşı yeni sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir: "Bugünkü hərəkətlərimiz İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabitliyi pozan fəaliyyətlərini maliyyələşdirmək üçün beynəlxalq ticarət sistemindən istifadə etməsinin qarşısını almaq əzmimizi vurğulayır".

Eynilə, agentlik “Birmanın hərbi rejiminin” cilovlanmasına və Sudanda “asayişin bərqərar olmasına” sadiq olduğunu bəyan edib. Hər üç halda söhbət üç ölkənin hakimiyyətinin vəsait əldə etdiyi sxemlərin və şirkətlərin bloklanmasından gedir.

Maliyyə Nazirliyi bu hərəkətlərin məqsədinin “müsbət dəyişikliklərə səbəb olmaq” istəyi olduğunu vurğulayıb.

Xəbər xətti