Yanvarın 31-nə keçən gecə Amerikanın Oklahoma və Texas ştatlarının sərhəddində qaz kəmərində partlayış baş verib
Ucnoqta.az xəbər verir ki, bu barədə fövqəladə hallar idarəsinin sosial şəbəkə hesabında bildirilib. Məlumata görə, alov sütunu 150 m-dən çox hündürlüyə qalxıb.
"Reuters"in verdiyi məlumata görə, Phillips 66 enerji şirkəti zərər çəkmiş qaz kəmərinin sahəsinə qazın verilməsini dayandırıb. Şirkətin mütəxəssisləri hələlik hadisənin səbəbini müəyyən etməsələr də, qaz kəmərində baş verən partlayış və yanğın nəticəsində xəsarət alan olmadığını iddia edirlər.