Fransada traktorçuların aksiyası davam edir: 18 nəfər həbs olunub

16:25 - 31 Yanvar 2024 - DÜNYA

Fransada fermerlər Paris və Lionun girişində etiraz aksiyalarını davam etdirirlər.

Ucnoqta.az Fransa mətbuatına istinadən xəbər verir ki, traktorçular Parisə gedən bir sıra yolları, xüsusən paytaxtı iri regional şəhərlərlə birləşdirən magistralları bağlayıblar.

"Voi du Nord" nəşri bildirir ki, lakin onların daha da irəliləməsi jandarma əməkdaşları tərəfindən dayandırıldı.

“Le Figaro” qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları çərşənbə günü Paris regionunun bir hissəsi olan Esonne departamentində 18 traktor sürücüsünü saxlayıblar.

Xəbər xətti