Qəzzada ölənlərin sayı 27 minə yaxınlaşıb

14:22 - 31 Yanvar 2024 - DÜNYA

İsrailin Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində ölənlərin sayı 27 minə yaxınlaşır, 66 minə yaxın insan isə yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib. Məlumata görə, son 24 saat ərzində anklavda ən azı 150 nəfər ölüb və 313 nəfər yaralanıb.

Bildirilir ki, ötən ilin oktyabrından bəri İsrail zərbələri qurbanlarının sayı 26,9 min nəfərə çatıb, daha 65 949 nəfər yaralanıb. 

Xəbər xətti