Belqorod vilayəti üzərində İl-76-nı vuran raketin növü müəyyənləşib
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiya fövqəladə hallar xidməti bildirib ki, göyərtəsində Ukrayna əsgərlərinin olduğu İl-76 təyyarəsi Qərb tipli zenit-raket kompleksindən raketlə vurulub.
“Təyyarədə aşkar edilən dağıdıcı elementlərin ilkin müayinəsi raketin Qərb istehsalı olan hava hücumundan müdafiə sisteminə aid olduğunu göstərir”, - agentliyin mənbəsi izah edib.
Əlavə heç bir təfərrüat verilməyib.