Hollandiya, Polşa və Almaniya hərbi dəhliz yaratmaq niyyəti haqqında bəyannamə imzalayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren X səhifəsində deyib.
O, qeyd edib ki, hərbi heyətin və yüklərin daha sürətli və səmərəli şəkildə daşınması üçün bizə hərbi Şengen lazımdır:
"Bu məqsədlə biz mühüm addım atdıq: Polşa, Almaniya və Hollandiya hərbi dəhliz yaratmaq üçün bəyannamə imzaladı".
Dəhliz yaradılması infrastrukturdan tutmuş bürokratik maneələrə qədər hərbi hərəkətləri ləngidən bütün məsələlərin həllini nəzərdə tutur.