ABŞ UNRWA-ya maliyyəni dayandırıb

13:03 - 31 Yanvar 2024 - DÜNYA

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsrail hakimiyyətinin təşkilatın bəzi işçilərinin Fələstinin radikal HƏMAS hərəkatı ilə əlaqəsi olduğunu iddia etməsindən sonra Birləşmiş Ştatlar bu qurumun maliyyələşdirilməsini dayandırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən The Washington Post (WP) məlumat yayıb.

Nəşrin məlumatına görə, ötən həftənin əvvəlində İsrail Xarici İşlər Nazirliyi UNRWA-nın komissarı general Filip Lazzarini çağırıb, departamentin nümayəndələri ona təşkilatın 12 əməkdaşının HƏMAS yaraqlılarının oktyabr ayında İsrailə hücumlarında iştirakının mümkünlüyü barədə məlumat veriblər.

Bunun ardınca Lazzarini dərhal HƏMAS ilə əlaqəsi olduğu iddia edilən UNRWA-nın doqquz əməkdaşını işdən çıxarmaq qərarına gəlib.

Xəbər xətti